Bəs Yaradan ölmüşdü? (kitab)
Bəs Yaradan ölmüşdü? (ing. The Case for a Creator) — Li Strobelin kitabı.
Kitab 2004-cü ildə Amerikada nəşr olunub və nəşr olunduğu tarixdən indiyədək gündəmdən düşməyib. Əsər dünyanın bir çox dillərinə tərcümə olunub.
New York Times jurnalının bestsellerlər siyahısında yer almış bu kitabın müəllifi Li Strobel ixtisasca hüquqşünas, jurnalistdir və bir çox mükafatların laureatıdır.
== Məzmun ==
"Elm kainatın şüurlu bir yaradanı olması barədə illüziyaların hamısını darmadağın edib" – ən azından, Li Strobel belə düşünürdü. Lakin son illər ərzində kainatın Üstün Zəka tərəfindən yaradıldığını təsdiq edən çoxlu sayda maraqlı elmi nailiyyətlər ortaya qoyulub. Deməli, alimlər Yaradanı kəşf ediblər?
Li Strobel nə vaxtsa onu Tanrıdan uzaqlaşdırmış elmi nəzəriyyələri araşdırmağa başlayır və bu məqsədlə müxtəlif sahələrin tanınmış alimləri ilə müsahibələr aparır.